Bakının bu rayonları müvəqqəti olaraq qazsız qalacaq

Bakının bu rayonları müvəqqəti olaraq qazsız qalacaq
09 Okt 2019 11:36

Oktyabrın 9-da səhər saat 09:00-dan "Qaz İxrac" İdarəsinin "Ərəblinka" orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Realpress.az-ın məlumatına görə, saat 10:00-dan eyni idarəyə məxsus "Pirəkəşkül" Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq. Saat 11:30-dan isə "Altıağac-Ağsu" magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq.


30 Mar 2020
Cəmiyyət

Ekspert: “Equinor” Xəzər dənizinin potensialına inanır”

“Qarabağ” yatağının Azərbaycanın yataqlar balansına və işlənmə fonduna daxil edilməsi və illik 2,5 milyon ton neftin bazarımıza daxil olması yaxın illərdə Azərbaycanın neft hasilatı üçün ən böyük töhfədir”. 

30 Mar 2020
Cəmiyyət

Metro stansiyalarının girişlərində istiqamətləndiricilər qoyuldu

“Bakı Metropoliteni” stansiyalarının girişində istiqamətləndiricilər qoyulub.

30 Mar 2020
Cəmiyyət

Elnur Allahverdiyevdən maraqlı təklif: Yaşı 65-dən yuxarı insanlar evdən çıxmadan təqaüdlərini belə ala bilər

“Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qadağa və məhdudiyyətlər şəraitində yaşlı nəslin nümayəndələrinin təqaüdlərini almaları prosesi bir sıra çətinliklərlə müşayiət oluna bilər”

30 Mar 2020
Cəmiyyət

Avropa Komissiyası koronavirusla mübarizə üçün Azərbaycana pul ayırdı - MƏBLƏĞ

Avropa Komissiyası koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla “Şərq Tərəfdaşlığı” ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

30 Mar 2020
Cəmiyyət

Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ + VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.