Bakının daşınmaz əmlak bazarında qiymətlərlə bağlı AÇIQLAMA

Bakının daşınmaz əmlak bazarında qiymətlərlə bağlı AÇIQLAMA
19 Dek 2016 15:04

Bakıda yeni evlər bazarında noyabr ayında dollar ekvivalentində qiymətlər oktyabr ayı ilə müqayisədə 4,96 faiz artıb.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, ilin əvvəlindən isə qiymətlər 14,77 faiz azalıb.

N.İbrahimov həmçinin vurğulayıb ki, torpaq və kirayə bazarında qiymətlər artıb:

"Bir ay ərzində torpaq satış qiyməti dollar ekvivalentində 1,8 faiz artıb, ilin əvvəlindən isə 28,85 faiz azalıb. Ev kirayəsində isə bir ay ərzində qiymətlərdə 0,68 artım olub, ilin əvvəlindən isə 26,04 faiz azalıb”.

Onun sözlərinə görə, bazarın digər seqmentlərində bir ay ərzində azalma müşahidə olunub:

“İkinci evlər bazarında noyabr ayında 1,75 faiz, il ərzində 29,06 faiz, kommersiya obyektləri bazarında noyabr ayında 1,38 faiz, il ərzində 22,29 faiz, kommersiya obyektlərinin icarəsi sahəsində isə noyabr ayında 4,32 faiz, il ərzində 33,12 faiz azalma müşahidə olunub”.

Ümumilikdə, noyabr ayında daşınmaz əmlak qiymətlərində 0,67 faiz azalma olub. İlin əvvəlindən isə qiymətlərdə 25,41 faiz azalma qeydə alınıb.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.