Bakıdakı marşrutlarda GPS sisteminin quraşdırılması başa çatdı

Bakıdakı marşrutlarda GPS sisteminin quraşdırılması başa çatdı
13 2017 13:29

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın marşrut avtobuslarında GPS sisteminin quraşdırılmasını yekunlaşdırıb. Bu barədə Trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda sistemin yoxlanış mərhələsi həyata keçirilir:

"Sərnişin avtobuslarında GPS sisteminin quraşdırılması quraşdırlması ilə bağlı işlər yekunlaşıb və sistem test mərhələsindədir. Yaxın günlərdə GPS sistemi ictimayyətə təqdim ediləcək".

M.Ağayev qeyd edib ki, bu sistemin imkanları həm marşrut şəbəkəsində, həm də ümumi paytaxtın nəqliyyat sistemində illərdən bəri mövcud olan problemlərin həllinə imkan verəcək:

"GPS sistemi vasitəsi ilə sərnişin avtobuslarına tam nəzarət təmin ediləcək. Bundan sonra biz biləcəyik ki, hər hansı bir marşrut xətti üzə hərəkət edən avtobus dayanacağa hansı müddətdə gələcək, olduğu yolda sürət həddinə əməl edilir, dayanacaqdan kənar saxlayır, ya yox. Bu sistem avtobusların iştirakı ilə baş verən yol qəzalarının araşdırılmasında da mühüm əhəmiyyət kəsb edəcək. Belə ki, biz artıq GPS sistemi vasitəsi ilə biləcəyik ki, qəza baş verən zaman avtobusun sürəti dəqiq nə qədər olub".

Agentlik rəsmisi deyib ki, sistem vasitəsilə sərnişinlər dayanacaqlardakı məlumat terminalları vasitəsi ilə gözlədikləri avtobus barədə dəqiq məlumatları əldə edə biləcəklər:

"Bu sistem yeni qurulanda bir müddət işlədi, lakin sonradan yaranan problemlər səbəbindən özünü tam doğurultmadı. Lakin Bakı Nəqliyyat Agentliyi sistemdə mövcud olan əvvəlki problemlərin təkrarlanmamsı üçün bütün zəruri adımları atıb. Sistem tam qurulub ki, bundan istifadədə hər hansı bir çətinlik olmasın".


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.