Bakıda ulu öndər Heydər Əliyevin sevdiyi mahnılardan ibarət konsert proqramı təşkil olunub

Bakıda ulu öndər Heydər Əliyevin sevdiyi mahnılardan ibarət konsert proqramı təşkil olunub
12 Dek 2016 17:54

Dekabrın 12-də Alman-Azərbaycan Mədəniyyət Birliyi - “Kapellhaus”da müasir müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə qonaqlar əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Təhsil Nazirliyinin rəhbərliyi, ali məktəblərin rektorları, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə xalqımızın böyük oğlunun keçdiyi ömür yolundan, dövlətçiliyimiz tarixindəki xidmətlərindən danışılıb, onun dövlət müstəqilliyinin əldə edilməsi, ölkəmizin inkişafı və yüksəlişi naminə gördüyü işlər xüsusi vurğulanıb.

Sonra tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Mədəniyyət və İncəsənət Universitetinin tələblərinin ifasında konsert proqramı ilə davam edib.

Konsertdə Ümummilli Liderin sevdiyi və eləcə də bu görkəmli şəxsiyyətə həsr olunan mahnılar ifa olunub. Belə ki, konsert çərçivəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-Hicran” xoru, “Sənsiz”, Fikrət Əmirovun “Muğam-poema”sı, “Niyazinin “Arzu”, Qara Qarayevin “İldırımlı yollarla”, Azar Dadaşovun “Azərbaycan”, Vasif Adıgözəlovun “Qərənfil”, Sevil Əliyevanın “Ana”, Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” və Müslim Maqomayevin “Azərbaycan” və digər mahnılar səsləndirilib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.