Bakıda tələbə oğlan səhv əməliyyatın qurbanı oldu - ''Həkim dedi ki, sənin balan öləcəkdi'' - FOTO

Bakıda tələbə oğlan səhv əməliyyatın qurbanı oldu - ''Həkim dedi ki, sənin balan öləcəkdi'' - FOTO
28 2017 09:16

Şəki Texnologiya Texnikomunun 19 yaşlı tələbəsi Samir Kərimlinin vaxtsız ölümündə onu əməliyyat edən həkim günahlandırılır.

REALPRESS.Az xəbər verir ki, mərhumun yaxınları criminal.az saytına bildirib ki, S.Kərimlinin gənc yaşında ölümünə ''Elmed'' klinikasının travmatoloq-cərrahı İsmayıl İsayevin səhlənkarlığı səbəb olub.

S.Kərimlinin dayısı Sahib Bilalzadə deyir ki, bacısı oğlunun bütün arzuları ürəyində qaldı: ''Evin tək oğlu idi, tək bacısı var idi. Anası fəryad edir. Qolunun altında yaranmış ağrıya görə ötən ilin may ayında "Elmed" klinikasında işləyən qonşumuz İsmayıl həkimin yanına getdik. İsmayıl həkim MRT-nin cavabında törəmə yazılsa da, sümüyün iltiabı diaqnozu ilə əməliyyat etdi. Həmin əməliyyat, ümumiyyətlə, İsmayıl həkimin sahəsi deyildi. Əməliyyatdan sonra bankada ət qırıntıları var idi. İsmayıl həkim həmin ət parçasını da analizə göndərmədi. Dedi ehtiyac yoxdu. Bir əməliyyatdan sonra Şəkiyə gəldik. Lakin 17 gün keçəsə də, Samirin yarasından su axırdı. Yenidən Bakıya qayıtdıq və professor Əhliman Əmiraslanovun qəbuluna getdik. Bildirdi ki, Milli Onkologiya Mərkəzində kimya terapiyası olunmalıdır. Hətta onkologiyada kimyaterapiya şöbəsinin müdiri Rasim həkim bizə bildirdi ki, xəstəni kim bu günə qoyub, bu debilizmdir...

Samirdə 7 millimetrlik törəmə olduğu halda biopsiya olunmalı idi, amma əməliyyat ediblər. Biopsiyanın cavabında bədxassəli şiş çıxdı. Lakin Samiri onkologiyada müayinə etdilər, əməliyyat zamanı limfa vəzi tamamilə dağılmış vəziyyətdə idi. Əhliman Əmiraslanov da dedi ki, kimyaterapiyası alsın və ya qolu amputasiya olunmalıdır. Lakin bizə Onkologiyada heç kim yaxın durmurdu. Xəstənin vəziyyəti olduqca pis idi. Sağ olsun Onkologiyanın həkimləri, əllərindən gələni etdilər''.

S.Bilalzadə deyir ki, Samirin səhvən əməliyyat edildiyini biləndən sonra əsəbi halda "Elmed"ə yollanıb, lakin İsmayıl İlyasov onun qarşısına çıxmaqdan çəkinib: ''Şöbə müdiri məni qarşıladı, otağına apardı. Daha sonra İsmayıl həkim gəldi. Samirin anası İsmayıla dedi ki, balamı sən öldürmüsən. Cavab verdi ki, sənin balan öləcəkdi, mən heç nə etməmişəm''.

İ.İlyasov sözügedən sayta açıqlamasında bildirdi ki, S.Kərimlini ötən ilin may-iyun aylarında əməliyyat edib. Onun sözlərinə görə, xəstəni mikromanupulyasiya-qansızma əməliyyatı edib: ''Sonradan məlum olub ki, onkoloji xəstəliyi var. Onun xərçəng olmasını sonradan bildik''.



24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.