Bakıda intihar hadisəsi baş verib.
REALPRESS.Az xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib.
1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.
Azərbaycan ərazisində iyulun 3-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Səbail rayonunda Polis işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.