Dekabrın 20-də Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı treninq kursları təşkil olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, treninqlər xəttatlıq sənəti üzrə 20 illik təcrübəyə malik misirli mütəxəssis Əhməd Əbdülvahab Əşrəf tərəfindən aparılacaq.
Treninqlərdə ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran tələbələr iştirak edə bilərlər.
Sonda imtahandan uğurla keçən iştirakçılara Misirin Ali Təhsil Nazirliyinin sertifikatı təqdim olunacaq.
Hər kəsin qatıla biləcəyi treninq kursları dekabrın 23-dək davam edəcək.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 vaksin vurulub.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycan və Gürcüstan arasında sərmayələrin qarşılıqlı təşviqi imkanları müzakirə edilib.