Bakıda 380-dən artıq avtomobil cərimələndi, 27-si isə...

Bakıda 380-dən artıq avtomobil cərimələndi, 27-si isə...
20 Dek 2016 17:14

Noyabrın 1-dən bu günə qədər texniki baxışdan keçməyən 380-dən artıq avtomobil cərimələnib.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, cərimə olunan avtomobillərdən 31-i avtobus, 44-ü yük maşını, digərləri isə minik avtomobilləridir.

Bölmə rəisi qeyd edib ki, həmçinin texniki cəhətdən tam nasaz, xarici görkəmi tam yararsız, eyni zamanda istismar müddəti bitmiş 27 avtomobil yol hərəkətindən kənarlaşdırılıb:

“Həmin avtomobillərin kənarlaşdırılması üçün müvafiq sənədləşdirmə aparılıb. Avtomobil sahiblərinin razılığı ilə yararsız avtomobillərin yol hərəkətindən kənarlaşdırılması üçün müvafiq sənədlər hazırlanaraq aidiyyatı üzrə göndərilib”.

V.Əsədov bildirib ki, avtomobillərin sayına görə texniki baxışdan keçmə qənaətbəxşdir, amma yenə də keçməyənlər var, hələ də qarajlarda texniki baxışdan keçməyən avtomobillər var.

Bölmə rəisi sürücüləri avtomobillərini texniki baxışdan keçirməyə çağırıb:

“Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində müasir diaqnostika şöbəsi var. Orada fasiləsiz olaraq avtomobillərə baxış keçirilir və texniki cəhətdən saz olan avtomobillərə talon verilir".

Qeyd edək ki, avtomobillərin texniki baxışdan keçməməsinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunurlar.


4 Dek 2023
Cəmiyyət

Zakir Həsənov Misirdə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

4 Dek 2023
Cəmiyyət

Ağalı kəndində yaşıllaşdırma işi həyata keçirilib

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası həyata keçirilib.

4 Dek 2023
Cəmiyyət

“Prezident Heydər Əliyev” tankeri təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunaraq istismara qaytarılıb.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda payız əkin mövsümü başlayandan 785 mindən artıq ağac əkilib

Azərbaycanda payız əkin mövsümü başlayandan bu günədək 785 mindən artıq ağac əkilib.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib.