Bakıda 31 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyşdirildi

Bakıda 31 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyşdirildi
17 2017 10:55

Bakıda daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyşdirilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, “Azərsu” ASC-nin Səbail rayonu Tofiq Məmmədov küçəsi ilə Neftçilər küçəsinin kəsişməsindən başlayacaq və Yeni yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə əlaqədar, 31 nömrəli marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib.

Təmir işləri ilə əlaqədar, 23.01.2017-ci il tarixindən 31 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusların son dayanacaq nöqtəsi Səbail rayonu Tofiq Məmmədov küçəsi ilə Neftçilər küçəsinin kəsişməsi müəyyən edilib. Təmir işləri davam etdiyi müddətdə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinədək olan ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq və rahatlığını təmin etmək üçün BNA-nın təşəbbüsü ilə 31 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkət tərəfindən xüsusi nəqliyyat vasitələri ayrılıb. Qeyd edilən məsafədə 31 nömrəli marşrut xətti üzrə istifadədə olan avtobusların hərəkəti mümkünsüz olduğundan, sərnişinlərin xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinə, eləcə də əks istiqamətdə ödənişsiz daşınması təmin ediləcək.


8 Dek 2023
Cəmiyyət

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

8 Dek 2023
Cəmiyyət

Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

8 Dek 2023
Cəmiyyət

İlham Zəkiyev: “Hər birimiz qızıl medal qazanmaq istəyirdik, əsas hədəfimiz paralimpiadadır”

“Hər birimiz qızıl medal qazanmaq istəyirdik. Amma olmayanda olmur. Əsas hədəfimiz 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarıdır”.

7 Dek 2023
Cəmiyyət

Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turizm tədbiri keçirilib

Filmdə Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlardan, vaxtında və məqsədyönlü şəkildə atdığı müdrik addımlardan, bu uğurlu siyasətin davamı olaraq son 20 ildə turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində turizm qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunur.