Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnir keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edirlər. İlk yarış günündə 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində 190 sərbəst güləşçi mübarizə aparır.
Çəki dərəcələri üzrə ilk üç yeri tutacaq idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.
Azərbaycanın daha bir qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Biz Portuqaliyanın Maya şəhərində keçirilən Akrobatika gimnastikası üzrə Dünya Kubokunda birinci yerə köklənmişdik və bizdə hər şey alındı.