Bu gün Bakıda 2 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.
2 saylı “ASAN Kommunal” mərkəzində “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən 45 növ xidmət göstəriləcək.
Yaxın gələcəkdə Bakıda, Ukrayna dairəsi yaxınlığında 3 saylı “ASAN Kommunal” mərkəzinin açılması planlaşdırılır.
Qeyd edək ki, 10 fevral 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı “ASAN Kommunal” mərkəzinin rəsmi açılışı olub.
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz şəhərində Xaçmaz, Ağdaş, Beyləqan, Füzuli, Quba, Sabirabad, Şəki, Tovuz və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib.
İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.
Dekabrın 21-30-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə Bakıda "Kənddən Şəhərə" Yeni il yarmarkası keçiriləcək.