Dekabrın 15-də ADA Universitetində “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfrans Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ADA Universitetində Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin Dəstəyi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə təşkil edilib.
Rəsmi şəxslərin, diplomatik korpusun nümayəndələrinin, jurnalistlərin, beynəlxalq ekspertlərin, tələbələrin iştirak etdikləri konfransda dinlərarası tolerantlıq və medianın bu sahədə oynadığı rol barədə çıxışlar dinlənilir, müzakirələr aparılır.
FHN əməkdaşı cüdo üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeronun rayonunun Aşağı Güzdək avtomobil yolunun yenidən qurulmasını başa çatdırıb.
Ölkəmizdə aparılan uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq, yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb.