Bakı məktəbliləri günəş panellərinin işlənməsi, külək stansiyalarının növləri və texnologiyası ilə tanış olublar

Bakı məktəbliləri günəş panellərinin işlənməsi, külək stansiyalarının növləri və texnologiyası ilə tanış olublar
13 2017 11:47

Bakının bir neçə məktəbinin müəllim-şagird heyəti üçün Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiya təşkil olunub.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, martın 6-12-i tarixlərini əhatə edən “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi”nin yekunu olaraq Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərinin 36, 80, 164 və 203 saylı orta məktəblərindən 75 nəfərlik müəllim-şagird heyəti Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiya ediblər. Ekskursiya “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərdə keçirilən layihə çərçivəsində Dövlət Agentliyinin Tədbirlər Planına uyğun olaraq, həftə ərzində adı çəkilən məktəblərdə yenilənə bilən enerji növləri, onların xüsusiyyətləri, bərpaolunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və sair mövzuda keçirilən təlimləri təcrübi yekunlaşdırmaq, şagirdlərin əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə həyata keçirilib. Ekskursiya zamanı tələbələrə günəş panellərinin işlənməsi, prinsipləri, külək stansiyalarının növləri və texnologiyası, mərkəzdə fəaliyyət göstərən “ağıllı şəbəkə” haqqında geniş məlumatlar verilib.

Qeyd edək ki, 2011-ci il sentyabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə dünyada ilk Hibrid Stansiya olan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi istifadəyə verilib. 38 hektar ərazisi olan bu mərkəzdə 2,7 meqavat gücündə Külək Elektrik Stansiyası, 1,8 meqavatlıq Günəş Elektrik Stansiyası və 0,6 meqavat gücündə bioqaz stansiyası fəaliyyətə başlayıb. İdarəetmə mərkəzində yaradılmış laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağı təlim və tədris kurslarının təşkili üçün nəzərdə tutulub. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Həmçinin, ölkədə ilk ölçü-müşahidə stansiyası bu mərkəzdə yaradılıb.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.