Bakı-Sumqayıt-Quba yolunda avtomobil qəzası baş verib.
REALPRESS Trend-ə istinadən məlumatına görə, qəza bu gün saat 18:20 radələrində baş verib.
Yolun 3-cü kilometrliyində Sumqayıtdan Bakı istiqamətində hərəkət edən "Mercedes ML" markalı 90 OA 998 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan 90 FA 731 dövlət nömrə nişanlı "VAZ2107" markalı avtomobillə toqquşub, daha sonra piyadanı vuraraq yoldan çıxıb və maneəyə çırpılıb. Piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Yol qəzası nəticəsində Bakı-Sumqayıt yolunun Bakıya tərəf hərəkət istiqaməti bağlanıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Hazırda yol polisi avtomobillərin hərəkətini bərpa etməyə çalışır.
Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.
“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.
Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.