Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub

Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub
09 2017 17:58

Bakı-Sumqayıt yolunda baş verən və nəticədə 5 nəfərin öldüyü, 23 nəfərin yaralandığı ağır qəzanın təfərrüatları məlum olub. 

Oxu.Az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə baş verən zaman avtobus yüksək sürətlə hərəkət edib. Bu zaman onun qarşısına yük maşını çıxıb. Qəza anında sürücü özünü itirib və avtobus idarəetmədən çıxıb. 

Bu zaman bəzi tələbələr özlərini qəzaya uğrayan avtobusdan atmaq istəyiblər. Ölən tələbə İbrahim Nəsirov da məhz bu zaman ağır xəsarətlər alaraq ölüb.

Hadisə zamanı xəsarət alan və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən tələbələrdən Bəybala Manafov zərbədən başının sərt şəkildə qabaq oturacağa dəydiyini deyib:  “Başım dəydi, sinəm əzildi, ondan sonra huşumu itirdim. Nə baş verdiyini bilmirdim”.

Baş həkim Nəriman Baxşəliyev 14 yaralıya ilkin tibbi yardım göstərildiyini deyib: “14 xəstə ambulator müalicəyə götürülüb. Onların durumuna nəzarət üçün bütün intensiv tədbirlər görülüb”.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu artıq saxlanılıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.