Bakı-Sumqayıt qəzasında ölənlərin sayı 6-ya çatdı

Bakı-Sumqayıt qəzasında ölənlərin sayı 6-ya çatdı
11 2017 09:49

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən daha biri ölüb.

REALPRESS.Az Report-a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə reanimasiyada ağır komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib.

L.Nəsirzadənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, L.Nəsirzadə Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.

Xatırladaq ki, qəza baş verən gün, martın 9-da Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova dünyasını dəyişiblər.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.