Bahar Muradovadan koronavirusla bağlı ailələrə - Çağırış

Bahar Muradovadan koronavirusla bağlı ailələrə - Çağırış
26 2020 16:18

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı ailələrə çağırış edib.
Sədr müraciətində dünya ölkələrinin yeni bir çağırışla üz-üzə, insanların isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısında olduğunu vurğulayıb: “Yeni növ koronavirus - COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir. Sanitar-epidemioloji salamatlığın təmin edilməsi məsələsi dünya gündəminin 1 nömrəli vəzifəsi olaraq qarşımızdadır.
Ciddi rejimin qaydalarına əməl etməli, daha çox məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməli, dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısındakı öhdəliklərə əməl etməliyik.
Odur ki, əziz valideyinlər, öz övladlarınızın virusdan qorunmasına cavabdeh olduğunuzu bir an belə unutmayın. 65 yaşdan yuxarı ahıl soydaşlarımız, nə qədər çətin olsa da, “#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl edin və ilk növbədə sizə əziz olan doğmalarınızın həyatını təhlükə ilə qarşı-qarşıya qoymayın.
Bu gün sizin himayənizə fiziki və mənəvi ehtiyacı olan doğmalarınıza, hər zaman olduğundan, daha çox sevgi və diqqət göstərin. Səbrli olmaqla ailənizin bütün üzvlərini karantin dövrünün tələblərinə əməl etməyə daha çox siz sövq edə, şəxsi nümunə göstərməklə nizam və intizam qaydasında davranışın bu bəladan daha az zərərlə çıxmağın əsas şərti olduğunu onlara ən yaxşı siz izah edə bilərsiniz!
Əziz soydaşlar! Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz öz səlahiyyətlərimiz və imkanlarımız daxilində hər bir vətəndaşın sağlamlığının qorunması naminə görülən işlərə, hər bir ailənin ən müxtəlif ehtiyaclarının qarşılanmasına töhfə vermək üçün çalışır və həssas ailələrimizə dəstək oluruq”.

25 Sent 2020
Cəmiyyət

Standartlara cavab verməyən su xətlərinin olduğu ərazilər açıqlandı

“Hazırda Bakının bəzi ərazilərində, xüsusən bağ massivlərində, ətraf qəsəbələrdə və onların inkişaf ərazilərində içməli su təchizatı vətəndaşların özləri tərəfindən çəkilmiş tikinti normalarına cavab verməyən xətlər hesabına təmin edilir”.

25 Sent 2020
Cəmiyyət

Azərbaycanda nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub, biri ölüb - RƏSMİ

“Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26 işçisi koronavirusa yoluxub”.

25 Sent 2020
Cəmiyyət

Nazirlik rəsmisindən məyusedici proqnoz: “Xroniki ağciyər xəstəlikləri artacaq”

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 senyabr Dünya Ağciyər Günündə mediaya müsahibə verib və ağciyər xəstəliklərindən danışıb.

25 Sent 2020
Cəmiyyət

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - RƏSMİ

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

25 Sent 2020
Cəmiyyət

ATU-nun kafedra müdiri kəskin respirator virus infeksiyalarının yayılmasından danışdı

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov payız-qış mövsümünün gəlişi ilə kəskin respirator virus infeksiyalarının yayılması haqqında danışıb.