Bahar Muradova: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərdən yeni səylər gözləyir

Bahar Muradova: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərdən yeni səylər gözləyir
19 Dek 2016 08:46

Azərbaycan həm ATƏT-in Minsk Qrupunun həmsədrlərindən, həm də onların təmsil etdikləri ölkələrdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz vəzifələrini yerinə yetirmək istiqamətində yeni səylər ortaya qoymağı gözləyir.

Bunu Trend-ə Mlli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Azərbaycan gələn il də münaqişənin həlli ilə bağlı müsbətə doğru dəyişikliklərin olacağını gözləyir:

“Biz gözləyirik ki, bütün münaqişə ocaqlarında olduğu kimi, regionda da insanların həyatını, ölkələrin əməkdaşlığını, beynəlxalq təhlükəsizliyi təhdid edən münaqişələr həll edilməlidir. Ölkələrin ərazi bütövlüyü, suverenliyi qorunmalı, təcavüzkar işğal etdiyi torpaqları tərk etməli, işğalçıya münasibət özünü göstərməlidir. Biz Azərbaycana hansısa güzəştlərin edilməsini, birtərəfli qaydada Azərbaycanın tərəfinin tutulmasını istəmirik. Biz ədalətli yanaşma istəyirik. Ədalətli yanaşma da beynəlxalq hüququn prinsiplərinə riayətdir. Əgər o prinsiplər qorunarsa, münaqişə də ədalətlə həll olunar”.

B.Muradova hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi bu il də fəal olub:

“Bu məqsədlə intensiv səfərlər olub, intensiv görüşlər keçirilib. Amma danışıqlarda hansısa irəliləyiş olmadı. Aprel hadisələri vəziyyətin bu şəkildə qalmayacağını və qalmasının da təhlükəli olduğunu nəinki Ermənistana, eləcə də bütün dünyaya bəyan etdi. Status-kvonu uzun müddət qoruyub saxlamaq istəyən və fəaliyyətini bu istiqamətdə quran beynəlxalq dairələr də əmin oldular ki, status-kvo heç də hamını qane etmir və dəyişməlidir”.

Vitse-spiker bildirib ki, aprel hadisələri bir çoxlarının indiyədək qəbul etmədikləri və etmək istəmədikləri həqiqətləri üzə çıxardı:

“Onlara bir daha anlatdı ki, münaqişə uzandıqca və ona vəziyyətə uyğun münasibət bəslənmədikcə proseslər idarəolunmaz həddə gəlib çıxa, bu isə regionu çox ağır fəlakətlərə sürükləyə bilər”.


3 İyun 2023
Siyasət

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.

3 İyun 2023
Siyasət

İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib. 

3 İyun 2023
Siyasət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində iyunun 2-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.

3 İyun 2023
Siyasət

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı qəbul edib.

3 İyun 2023
Siyasət

Azərbaycan XİN Hindistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.