Bağçalara ali təhsilli mütəxəssislər cəlb olunacaq - qanun layihəsində DƏYİŞİKLİK

Bağçalara ali təhsilli mütəxəssislər cəlb olunacaq - qanun layihəsində DƏYİŞİKLİK
06 2017 13:22

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Məktəbəqədər təhsil haqqında”qanun layihəsinə dəyişikliklər müzakirə edilib.
 REALPRESS.com Modern.az-a istinadən xəbər verir ki, komitə sədri İsa Həbibbəyli deyib ki, qanun layihəsi hazırlanarkən bir neçə nazirliyə göndərilib və onların rəyi alınıb. "Burada təkliflər və tənqidlər var idi. Nazirliklərin təkliflərinin üzərində düşünmüşük”.
 Deputat layihənin 7.6-cı maddəsinin bərpa edildiyini bildirib. "Bu, məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyyən edilməsini nəzərdə tutur”.
 İ.Həbibbəyli həmçinin deyib ki, əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problemi yaranacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəsissəsinə ali pedoqoji təhsil alan mütəxəssislərin də təyin edilməsi təklif edilir.
 Müzakirələrdən sonra "Məktəbəqədər təhsil haqqında”qanun layihəsi III oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 

12 Fev 2025
Siyasət

Prezident İlham Əliyevin Somali prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.

12 Fev 2025
Siyasət

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.

12 Fev 2025
Siyasət

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

12 Fev 2025
Siyasət

Azərbaycan və Somali prezidentlərinin təkbətək görüşü olub

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə təkbətək görüşü olub.

12 Fev 2025
Siyasət

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.