Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrindəki vəziyyətlə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə tıxac yaranıb.
Məlumatda deyilir: " “Tbilisi” (20 yanvar dairəsi istiqamətində), “Ziya Bünyadov” (hər iki istiqamətdə), “Mətbuat” (hər iki istiqamətdə), “Azadlıq” (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyat hərəkəti çətinləşib və tıxac müşahidə edilir. Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir. Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir".
Sabahdan Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətvası var. Orada bu məsələlər qeyd edilib. Bütün insanlar pandemiya şəraitinin tələblərinə əməl etməlidirlər. Dindar insanlar cəmiyyətimizin ən həssas və duyarlı bir təbəqəsidir. Əminəm ki, dindarlarımız ölkəmizdə pandemiya qaydalarının tələblərinə əməl edəcəklər”.
“Mənim ailəm çörək tapmır. Həyat yoldaşım qabyuyan işləyirdi, o da işdən çıxıb. Köməyə ehtiyacım var”, - kimi sözlər işlətməmişəm”.