BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb

BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb
30 2017 15:52

Bu il BMT Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb. 
 
APA-nın xəbərinə görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai bildirib ki, bu kampaniyaya elm və təhsil sahəsi də cəlb ediləcək. 
 
Onun sözlərinə görə, həyata keçirilən kampaniya təhsilin bütün səviyyəsində maarifləndirməyə öz töhfəsini verəcək: “Təhsilli analar gələcəkdə ailələrin arxasında duran əsas dayaq hesab olunur. Azərbaycanda təhsil qurumlarına yüksək dəstək göstərilir . BMT-nin inkişaf proqramı bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir və burada keyfiyyətli təhsil əsas məqsədlərdən biridir. Təhsildə olan ziddiyyətlərin aradan qaldırılması məsələsinə gəldikdə, hesab edirik ki, heç kim təhsildən geri qalmamalıdır.  
 
Azərbaycanın bu sahədə göstərdiyi səylər nəticəsində böyük nailiyyətlər əldə edilib, uşaqların 95%-i təhsil alır. Məktəbə hazırlıq proqramları ilə bağlı mühüm işlər görülür. Bu da bizim tərəfimizdən dəstəklənir. Çünki bu işlər erkən təhsilin inkişafında mühüm addımlardandır. Biz təhsili əlilliyi olan uşaqlara əlçatan etməli, onların cəmiyyətə töhfə verməsinə çalışmalıyıq”. 

30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

30 Noy 2023
Cəmiyyət

Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.

30 Noy 2023
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.