Amerika Birləşmiş Statlarının Nyu-York şəhərində BMT-nin Statistika Komissiyasının 48-ci sessiyası və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində nailiyyətlərin ölçülməsinə həsr olunmuş rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov iştirak edir.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 6-dan 10-na kimi keçirilən forumda 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik üçün göstəricilər, rəsmi statistikanın islahatı proqramı, regional səviyyədə statistikanın inkişafı, rəsmi statistika üçün böyük məlumatlar, qlobal statistika sistemində keyfiyyətin təmin olunması, rəsmi statistikanın əsas prinsipləri, statistik və coğrafi-məkan məlumatlarından kompleks istifadə, sosial statistika, narkomaniya və narkotiklərin statistikası, milli hesablar, ekoloji-iqtisadi uçot, beynəlxalq müqayisələr proqramı, müəssisələrin reyestrləri, turizm statistikası, iqtisadiyyatı təbii resurslara əsaslanan ölkələr üçün statistika kimi məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.