BMT Təhlükəsizlik Şurası İranın raket sınaqları ilə bağlı təcili iclas keçirəcək.
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, iclas rəsmi Tel-Əvivin təşəbbüsü ilə baş tutacaq.
Bundan əvvəl İsrail BMT-ni İranın raket sınaqlarına reaksiya verməyə çağırıb.
“İranın hərəkətləri tək İsrail yox, bütün Yaxın Şərq regionu uçun təhlükə kəsb edir”, deyə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon bəyan edib.
Qeyd edək ki, yanvarın 30-da İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib.
Azərbaycanda qızıl, mis və gümüş istehsalı və kəşfiyyatını həyata keçirən “Anglo-Asian Mining Plc” şirkəti 2021-ci ilin birinci rübünə dair hesabat verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Xarici İşlər naziri (XİN) Nikos Dendiasın fikirlərinə münasibət bildirib.
İran hökuməti uranın 60 faizə qədər zənginləşdirilmiş ilk partiyasını əldə etdiyini bəyan edib.