BANM-də Ümummilli lider Heydər Əliyev anılıb

BANM-də Ümummilli lider Heydər Əliyev anılıb
12 Dek 2016 13:55

12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu gün ilə əlaqədar olaraq Bakı Ali Neft Məktəbində (BANM) bütün tədris auditoriyalarında ilk dərs Azərbaycan xalqının tarixində həlledici xidməti olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevə həsr olunub.

Bu barədə Trend-ə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın tarixi şəxsiyyətləri içərisində xalqın ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı kimi dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Ümummilli liderimiz böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi.

Ulu öndərin Ali Məktəbdəki büstü önünə gül dəstələri qoyularaq bu dahi şəxsiyyətə hörmət və ehtiram nümayiş olunub.


8 Dek 2023
Cəmiyyət

Şuşa rayonuna prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

8 Dek 2023
Cəmiyyət

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - FOTO

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.

8 Dek 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

8 Dek 2023
Cəmiyyət

Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan beşi xəstəxanadadır

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu günədək Türkiyəyə müalicə üçün 185 müharibə iştirakçısının göndərildiyini, onlardan beşinin müalicəsinin davam etdiyini bildirib.

8 Dek 2023
Cəmiyyət

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir - FOTO

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.