BANM-də Layihələrin İdarə edilməsi Məktəbi yaradılacaq

BANM-də Layihələrin İdarə edilməsi Məktəbi yaradılacaq
17 2017 11:06

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuzla görüşüb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, uğurları və perspektiv planlarından danışaraq Ali Məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini deyib. Rektor Elmar Qasımov Ali Məktəbin BP şirkəti ilə geniş əməkdaşlığından söz açaraq şirkətlərlə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuz Ali Neft Məktəbində tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildiriblər. Görüşdə Bakı Ali Neft Məktəbi, BP və Twenty Eighty şirkəti ilə birgə BANM-də Layihələrin İdarə edilməsi Məktəbinin təsis edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ümumilikdə, 7 moduldan ibarət olacaq bu layihədə müxtəlif sektorlarda çalışan mütəxəssislər üçün layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur.


14 Fev 2025
Cəmiyyət

Azərbaycanın güllə atıcısı: "Avropa çempionatında medal qazanmaq üçün sona qədər mübarizə apardıq"

Komanda şəklində əsas məqsədimiz Estoniyada keçirilən Avropa çempionatında medal qazanmaq idi və bunun üçün sona qədər mübarizə apardıq.

14 Fev 2025
Cəmiyyət

Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fevralın 14-də Yevlax və Mingəçevir şəhər sakinlərini qəbul edib.

14 Fev 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 15.02.2025

Azərbaycan ərazisində fevralın 15-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

14 Fev 2025
Cəmiyyət

Pirşağıda həyətdən sursat tapılıb

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində həyətdən sursat tapılıb.

14 Fev 2025
Cəmiyyət

Bu yolun bir hissəsi yenidən quruldu - FOTO - VİDEO

Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.