Azərin türkiyəli həmkarı ilə Xocalıya mahnı həsr etdi - VİDEO

Azərin türkiyəli həmkarı ilə Xocalıya mahnı həsr etdi - VİDEO
11 2019 11:59


Azərbaycanın Xalq artisti Azərin bir çox həmkarlarına örnək olacaq addım atıb.

realpress.az xəbər verir ki, Azərin (Anaxanım Tağıyeva) Türkiyənin sevilən sənətçisi Başkal ilə Xocalı soyqırımının ildönümünə həsr olunan “Ah Karabağ” adlı duet ərsəyə gətirib.

Sözügedən əsər “Youtube”un “Gramofon Müzik” hesabına ötən gün yerləşdirilib

Qeyd edək ki, Başkal Azərbaycanı çox sevdiyindən millət vəkili Qənirə Paşayevanın dəvətilə bir müddət öncə Azərbaycanda olub, cəbhə bölgəsində əsgərlər qarşısında konsertlər verib. Türkiyəli sənətçi bu əsəri illər öncə tək ifa edib.

Daha sonra onu duet şəklində ifa etmək üçün o Azərinə müraciət edib. Bəstənin mövzusundan xəbərdar olan Azərin Qarabağa, Xocalıya həsr olunduğuna görə tərəddüd etmədən Başkala razılıq verib. 

Qeyd edək ki, bəstənin sözləri və musiqisi Başkalın özünə aiddir. Layihənin ideya müəllifi Cavid Abidovdur.


20 Sent 2019
Şou-biznes

Sayqa Cahid avtomobil qəzasına düşdü - VİDEO

Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb.

19 Sent 2019
Şou-biznes

“Maşın”da onlar yarışacaq – SİYAHI

Ölkənin ən reytinqli  layihəsi olan “Maşın” şou oktyabrın 1-dən  start götürəcək. 17-ci sürətdə də ənənəvi olaraq 18 məşhur yarışacaq.