Azərbaycanlı Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Tacikistandakı ofisinin rəhbəri təyin edilib.
REALPRESS.Az “Marja”ya istinadən xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.
Aytən Rüstəmova AYİB-in London Qərargahına qayıdan Riçard Consu əvəz edib.
Aytən Rüstəmova 2001-ci ildə AYİB-ə qoşulub. Son vaxtlar o, Bakıda Bankın Azərbaycan ofisində baş bankir kimi çalışıb, burada böyük infrastruktur layihələrinə rəhbərlik edib.
O, kreditləşmə, enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi, kiçik və orta müəssisələr üzrə geniş təcrübəyə malikdir.
İndiyədək AYİB Tacikistan iqtisadiyyatının müxtəlif sahələrinə 645 milyon dollar həcmində sərmayə yatırıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.