Başqırdıstan Respublikasının başçısı Rüstəm Xamitov azərbaycanlı Fərhad Səmədovu respublikanın baş nazirinin müavini vəzifəsinə təyin edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Report “Başinform”a istinadən xəbər verir.
Qeyd edək ki, Fərhad Səmədov 23 aprel 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. O, V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib.
F.Səmədov əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan SSR-nin Sənaye Tikinti Nazirliyi 7 nömrəli trestində başlayıb. O, trestdə mühəndis və baş mühəndis kimi çalışıb.
Həmyerlimiz 2016-cı ildə Başqırdıstan “Birləşmiş Neft-Kimya Şirkəti” ASC-nin prezidenti olub.
Xəzər rayonu ərazisində hərbi sursatın aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.