Azərbaycanla İsveçrə arasında viza rejimi sadələşdirilir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişin təsdiq edilməsi daxil edilib.
Bundan əlavə, Milli Məclisin iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin təsdiq edilməsi də daxil edilib.
Qeyd edək ki, hər iki saziş Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı il oktyabrın 10-da İsveçrəyə rəsmi səfəri çərçivəsində İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşündə imzalanıb. Sazişlər Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq.
Azərbaycanda dövlətin sifariş etdiyi inşaat tenderlərində Türkiyə modeli tətbiq ediləcək.
“30 il siyasi yolla həll edilməyən Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə nail olundu. Lakin indi atəşkəs əldə olunub, bu, önəmli fürsətdir və əldən verilməməlidir”.
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri “Glassica” Qapalı Səhmdar Cəmiyyəti şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək.
Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ölkənin doqquz vilayətində keçirilən partiya konqresinə onlayn şəkildə qatılıb. Konqres iştirakçılarına müraciətində dövlət başçısı hazırda Türkiyə və dünyada mövcud olan problemlərdən danışıb. Ölkəsinin xarici siyasəti ilə bağlı maraqlı açıqlamalar verən Ərdoğan Qarabağ məsələsinə də toxunub.
Son 17 il ərzində mən Sumqayıtda bəlkə də 30 dəfə olmuşam. Hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanları narahat edən problemlərin həlli daim diqqət mərkəzində olur. Bu gün Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır. Bax, bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.