Dekabrın 8-də Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi və rəsmi qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin icra hakimiyyətinin foyesində qoyulmuş büstü önünə tər gül dəstələri düzüb, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyinin, Milli Məclisin deputatlarının, idarə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Məmmədov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan danışıb.
H.Məmmədov dünya şöhrətli lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin dahi şəxsiyyətin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Azərbaycanın ən yeni tarixinin, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirib.
Milli Məclisin deputatı Ümummilli Liderin ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycanın dövlətçiliyinin daha da gücləndiyini, ölkə həyatının bütün sahələrində inanılmaz bir tərəqqiyə nail olunduğunu qeyd edib.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarı ötən illər ərzində qədirbilən xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Gəncə Regional Mərkəzinin iştirakı ilə Gəncə Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Bu gün Naxçıvan “yaşıl enerji” marafonuna qoşulur.