Finlandiyadan Azərbaycana qonaq gələn Datse Ştraus deyir ki, Qarabağ atlarını izləməkdən zövq alır: “Bütün həyatımı Qarabağ atlarına sərf etmişəm. Arzularımdan biri də şəxsən buraya gəlib, Qarabağ atlarının rəsmini çəkmək idi”.
REALPRESS.Az Apa-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirə qatılan qonaq məhz bu atları izləmək və onların rəsmlərini çəkmək üçün burada olduğunu deyib.
Qarabağ və Diliboz atlarını izləməyə yerli sakinlər də təşrif buyurmuşdu.
Hazırda Qarabağ və Diliboz atları üzərində süvari qruplar arenada tamaşaçılar qarşısında çıxışlara başlayıb. Çıxışlardan dərhal sonra isə Konkur elementləri üzrə yarışlara start verilib.
Daha sonra İslan Poniləri Çövkən komandaları, Konkurçular, Poloçular parad şəklində atlarla manejə daxil olub. Atlar üzərində süvarilərin çıxışları maraqla qarşılanıb.
Çıxışlardan sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev fərqlənmiş idmançıları və hərbi qulluqçuları mükafatlandırıb.
Tədbirdə Atçılıq Mərkəzinin əldə etdiyi uğurlardan danışılıb. Bildirilib ki, Arena Polo üzrə 1-ci Avropa Çempionatında milli komandamızın qazandığı qələbədə sərhədçi idmançıların xüsusi rolu olub.
Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il avqustun 21-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.
Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.
Qusar rayonunun İmanqulukənd kəndində fındıq bağının ərazisində 1 ha sahədə quru ot və 40 ədəd ağac qismən, bələdiyyəyə aid ərazidə 6 ha sahədə biçilmiş taxıl sahəsi, Meşə təsərrüfatı mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.