Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva fevralın 18-də 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində səhiyyə təhlükəsizliyinə həsr olunan panel-müzakirəni izləyiblər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, panel-müzakirədə dünyada baş verən epidemiyaların qarşısının alınmasında BMT-nin, Dünya Səhiyyə Təşkilatının birgə səyləri və bu prosesə vətəndaş cəmiyyəti institutlarının, eləcə də özəl sektorun cəlb olunması yolları, epidemiyalarla mübarizədə innovasiya və müasir texnologiyalardan istifadə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-da öz işini başa çatdıracaq.
Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin üzvləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçiriblər. Anım mərasimi mövcud pandemiya qaydalarına uyğun təşkil edilib.
Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə İrakli Qaribaşviliyə təbrik məktubu göndərib.