Azərbaycanın aparıcı KİV rəhbərlərinin Ankaraya səfəri davam edir

Azərbaycanın aparıcı KİV rəhbərlərinin Ankaraya səfəri davam edir
14 Dek 2016 09:30

Azərbaycanın aparıcı KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri davam edir.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) AZƏRTAC-a bildiriblər ki, dekabrın 13-də nümayəndə heyəti Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) olub. Qurumun rəhbəri Alev Kılıç görüş iştirakçılarına AVİM-in fəaliyyəti və icra etdiyi layihələr barədə məlumat verib. O, AVİM-in fəaliyyətində Qafqaza və xüsusi olaraq Azərbaycana ciddi önəm verildiyini bildirərək vurğulayıb ki, Azərbaycan Türkiyə ilə dost, qardaş ölkədir. Eyni zamanda, Azərbaycan Türkiyəni digər türk dövlətləri ilə əlaqələndirən strateji bir bağdır.

Nümayəndə heyətinin rəhbəri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan KİV-lərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verən istənilən layihəni dəstəklədiklərini vurğulayaraq, AVİM-lə əlaqələrin də inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Görüşdə çıxış edənlər Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.

Nümayəndə heyətinin növbəti görüşü TRT-də keçirilib. KİV rəhbərləri TRT-nin ofisi və texniki imkanları ilə tanış olub, planlaşdırılan layihələr barədə məlumatlandırılıblar. Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Fondun icraçı direktoru V.Səfərli telekanal rəhbərliyinə həssas məqamlarda Azərbaycan xalqına və dövlətinə etdiyi yardıma, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında oynadığı rola görə təşəkkürünü bildirib.

Azərbaycan nümayəndə heyəti dekabrın 13-də Ankarada Atatürk mavzoleyini də ziyarət edib.

Xatırladaq ki, səfər KİVDF-nin təşkilatçılığı ilə həyata keçirilir.

Nümayəndə heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, o cümlədən Azərbaycanın aparıcı KİV rəhbərləri daxildir.

Nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.


9 Dek 2023
Siyasət

Prezident Moldova və Rumıniyadakı səfirlərlə bağlı SƏRƏNCAMLAR imzaladı - FOTO

Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

9 Dek 2023
Siyasət

Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edildi

Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

9 Dek 2023
Siyasət

Prezident: “Qarabağ erməniləri ilə bağlı atdığımız addımlar göstərdi ki, biz istəyirdik, onlar qalsınlar”

“Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri - red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi.