Azərbaycanın İT şirkəti Dünya Bankının Qazaxıstanda elan etdiyi tenderin qalibi oldu

Azərbaycanın İT şirkəti Dünya Bankının Qazaxıstanda elan etdiyi tenderin qalibi oldu
12 Dek 2016 08:49

Azərbaycanın aparıcı İT şirkəti “Cybernet” Dünya bankının dəstəyi ilə Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin elan etdiyi “Qazaxıstanın səhiyyə sahəsində texnologiyaların transferi və institusional islahat” layihəsi çərçivəsində tenderinin qalibi olub.

Trend-in məlumatına görə, bununla bağlı dekabrın 6-sında, Qazaxıstanın Astana şəhərində müqavilə imzalanıb. Tenderdə Rusiyanın “BARS Group” şirkətinin də iştirak etdiyi konsorsiumun rəhbəri “Cybernet” şirkəti ilə yanaşı Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan, Rusiya və digər ölkələrdən 10 şirkət iştirak edib.

Sistem tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanacaq və bir Azərbaycan məhsulu olacaq.

Şirkətin rəhbəri İlham Namazov tenderin qazanılmasını həm şirkət üçün, həm də Azərbaycan İT sektoru üçün önəmli addım hesab edir.

Namazov bununla bağlı bildirib: "Cybernet şirkəti bu günə kimi bir neçə xarici ölkə üçün məhsullar hazırlayıb, amma bu məqamda şirkətimizin beynəlxalq tenderi udması əhəmiyyətli hadisədir".

Layihə çərçivəsində hazırlanacaq vahid avtomatlaşdırılmış sistem Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin işinin səmərəliliyinin artırılmasına, beynəlxalq standartların tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsinə imkan verəcəkdir.

Xatırladaq ki, 2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri təklif etməkdədir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlnamasında, o cümlədən Azərbaycanda Elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.