Azərbaycanın Almaniyadakı səfirliyində diaspor təşkilatları ilə görüş keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyində diaspor təşkilatları ilə görüş keçirilib
12 Dek 2016 12:08

Azərbaycanın Almaniyadakı səfirliyində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) idarə heyətinin iclası keçirilib və qurumun illik hesabatı dinlənilib. Ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov iclasda iştirak edib.

Daha sonra səfirliyin və AAKM-nin birgə təşkilatçılığı ilə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin və fəallarının ənənəvi görüşü keçirilib. Görüşdə Almaniyanın müxtəlif bölgələrini təmsil edən diaspor təşkilatlarının rəhbərləri, icma fəalları və səfirlik əməkdaşları iştirak ediblər. Görüş 2016-cı il ərzində həyata keçirilmiş diaspor işinin, onun nəticələrinin, habelə 2017-ci il üçün nəzərdə tutulmuş fəaliyyət planının müzakirəsinə həsr olunub.

Tədbiri giriş sözü ilə AAKM-nin icraçı direktoru Heydər Mirzə açıb.

Səfir Ramin Həsənov çıxış edərək Azərbaycan Prezidentinin diasporumuz qarşısında qoyduğu vəzifə və tapşırıqlardan Almaniyadakı diaspor təşkilatlarımızın fəaliyyətindən bəhs edib, səfirliyin diasporla əməkdaşlığı məsələlərinə toxunub. Səfir diaspor işinin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı təklif və tövsiyələrini diqqətə çatdırıb.

Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnur Əliyev çıxış edərək diaspor fəaliyyətinə daha kreativ yanaşmanın vacibliyi barədə danışıb.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova diaspor cəmiyyətlərinin qarşılaşdığı problemlər, görülməsi vacib olan işlərdən bəhs edib.

Daha sonra diaspor cəmiyyətlərinin rəhbərləri və fəalları ilə müzakirələr interaktiv dialoq şəklində davam etdirilib. Almaniyada məskunlaşan azərbaycanlıların alman cəmiyyətinə inteqrasiyası, Azərbaycanın bu ölkədə təbliğ edilməsi ilə bağlı informasiya işi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


5 Dek 2023
Siyasət

Azərbaycan XİN Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib.

5 Dek 2023
Siyasət

Zakir Həsənov misirli həmkarı ilə görüşdü - FOTO

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

5 Dek 2023
Siyasət

Bakıda Azərbaycan və İran Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü olub

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

5 Dek 2023
Siyasət

Lavrov: “Xəzər Şurasının yaradılması “Xəzər beşliyi”nin səmərəliliyini artıra bilər”

“Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da irəli apara bilər”.

5 Dek 2023
Siyasət

İran XİN rəhbəri Xəzər regionunda vahid təşkilatın yaradılmasını dəstəkləyib

“Xəzər regionunda əməkdaşlığın bütün sahələrinə nəzarəti həyata keçirə biləcək vahid təşkilat yaratmaq lazımdır”.