“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə ipoteka kreditləşməsi prosesi bərpa olunub.
REALPRESS.Az-ın məlumatına görə, “Report” AİF-ə istinadən xəbər verir ki, artıq 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib.
Bununla da, AİF-in vəsaiti hesabına kredit alanların ümumi sayı 18 min 49 nəfərə çatıb.
Yeni müştərilərə ümumilikdə 3,186 milyon manat borc verilib. Başqa sözlə, adambaşına ipoteka kreditinin məbləği təxminən 61 min manat təşkil edib. Son nəticədə AİF-in məcmu ipoteka portfeli 733,988 milyon manata yüksəlib.
2020-ci ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatındakı payı açıqlanıb.
Yunanıstan və Bolqarıstanın milli qaz sistemləri arasında əlaqələndirici funksiyanı icra edən IGB təbii qaz kəməri layihəsi ilə bağlı saziş Yunanıstan parlamentində müzakirəyə çıxarılıb.
18 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Komissiyasının 14-cü iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasına səfər edib.