Azərbaycanda uğurlu işlərə imza atan 10 təşəbbüskar - SİYAHI/FOTO

Azərbaycanda uğurlu işlərə imza atan 10 təşəbbüskar - SİYAHI/FOTO
22 2017 15:30

Orxan Məmmədov

 

 Orxan Məmmədov 1986-cı ildə Bakıda anadan olub. 2004-cü ildə dostları ilə birlikdə sayt yaratmaq qərarına gəlib və beləliklə Baku.ws yaranıb. Dostları daha sonra saytı başqalarına satmaq istəsələr də cəmi 40 dollarla saytı alıb və inkişaf etdirib. Ölkənin ən çox ziyarət edilən, daha dəqiq desək ay ərzində 5 milyon oxucusu olan saytlarından biridir. Baku.ws artıq 13 ildir ki, operativ xəbər agentliyi kimi fəaliyyət göstərir.
 
 Elnur Baimov 
 
 

 

 Elnur Baimov 1974-cü ildə Bakıda anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetini qırmızı diplomla bitirib. 1998-ci ildə İngiltərənin Bristol Universitetinin Biznesin İdarə Olunması ixtisası üzrə təhsil alıb. 2003-2009-cu illərdə day.az xəbər portalında baş redaktor kimi çalışıb. 2009-cu ilin oktyabrında news.az və mugamradio.az layihələrini hazırlayıb. Disput.az, Turbo.az, Boss.az, Oxu.az, Tap.az və Bina.az saytlarının təsisçisidir. Hazırda ABŞ-da yaşayır.
 Fərid İsmayılzadə

 

 Fərid İsmayılzadə 1984-cü ildə Şəki şəhərində dünyaya gəlib. Ali təhsilini Bilkent Üniversiteti, San Xose Dövlət Universiteti, Maastrixt Menecment Məktəbi və ADA Universitetində alıb. 2007-ci ildə "Golden Pay” şirkətini quraraq Azərbaycanda onlayn ödəmələr sahəsində sahibkarlıq fəaliyyətinə başlayıb. Şirkətin yaratdığı Hesab.az portalı bügün Azərbaycanın ən böyük onlayn xidmətlər portalı hesab olunur. Sistemin formalaşması üçün ümumilikdə 300 min manat sərmayə yatırılıb.
 Çingiz Səfərov
 

 

 Çingiz Səfərov 1982-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsində ali təhsil alıb. İlkin büdcəsi 200$ olan və 13 il ərzində aznet ilə birgə inkişaf edən Safaroff Agentliyinin həmtəsisçisidir. Bügün ölkənin ən böyük digital komandası ilə birgə ən bahalı və ən önəmli layihələrə imza atmış agentliyin rəhbəridir.
 

 Hüseyn Hüseynzadə

 

 

 Hüseyn Hüseynzadə 1989-cu ildə Bakı şəhərində anadan olub. Nijni Novqorod Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində ictimaiyyətlə əlaqələr ixtisası üzrə ali təhsil alıb. KATV1 kabel televiziya operatorunda mətbuat katibi və biznesin inkişafı şöbəsinin rəisi, Myvideo.az layihəsinin rəhbəri vəzifəsində işləmişdir. Azerizone agentliyinin təsisçisidir.

 Fərid İslamov

 

 Fərid İslamov 1990-cı ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetin maliyyə ixtisasını fərqlənmə diplomu ilə bitirib. 5 il bank sektorunda çalışıb. 2012-ci ildə məşhur banco.az portalını yaradıb. Həmçinin banco tv, banco academy, sigorta.ws və pomada.az layihələrinin də təsisçisidir.
 Rafael Əzizov

 

 Rafael Əzizov 1979-cu ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin "Hüquq” fakültəsini magistr pilləsi üzrə fərqlənmə ilə bitirib, 1999-cu ildə "Hava Nəqliyyatının Baş Gömrük İdarəsi”-nin böyük inspektoru kimi işə başlayıb. 2013-cü ildə Azərbaycanın ən iri internet şirkətlərindən biri olan COOL Digital Groupu yaradıb. COOL Digital Group şirkətinin tərkibinə məşhur avtomobil portalı Auto.az, əyləncəli Friday.az portalı, urban.az, onlayn sığorta saytları Amigo.az və Autosigorta.az, onlayn məhsul satışı və xidmət saytı Mart.az, rəqəmsal marketinq agentliyi COOL Agency, internet mediaseller COOL Media daxildir.
 Toğrul Səmədov

 

 Toğrul Səmədov 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetində təhsil alıb. 2011-ci ildə Tor Digital Agency şirkətini təsis edib. Şirkətin 2015-ci ildə 100 min dollar vəsaitlə yaratdığı və mobil telefonlar üçün nəzərdə tutulan Fatal Fight oyunu qlobalda 5 milyon dəfədən çox endirilib. Oyun 2017-ci ildə 3 illik potensial gəlir qarşılığında Estoniyanın iTech Media Solutions şirkəti tərəfindən satın alınıb.
Arif Şəmistanlı

 

Arif Şəmistanlı 1990-cı ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə mover.az layihəsini yaradıb.
Müşviq Həsənov

 

Müşviq Həsənov 1989-cu ildə Mingəçevir şəhərində anadan olub. Dövlət İdarəçilik Akademiyasının hüquq ixtisasını bitirib. Tələbəlik illərindən beynəlxalq şirkətlərdə marketinq və layihə meneceri vəzifələrində çalışıb. BeSmart.az saytının həmtəsisçisidir. Hazırda Raphael Group və Brando şirkətlərinin direktorudur.


28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.

28 Mar 2024
Cəmiyyət

Xətaidə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.