Azərbaycanda sahibkar qadınların sayı açıqlanıb

Azərbaycanda sahibkar qadınların sayı açıqlanıb
07 2017 16:33

Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sahələrində çalışırlar. Azərbaycanın demək olar ki, əksər rayonlarında icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2 faizə çatıb, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20 faizə çatıb. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə təsir edir. Belə ki, əgər 2012-ci ildə 73 min 469 nəfər sahibkar qadın var idisə, 2016-cı ilin əvvəlinə bu rəqəm 113 min 889 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yap.org.az saytına müsahibəsində deyib.

H.Hüseynova bildirib ki, aztəhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi çətinliklərlə də üzləşirlər. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz töhfəsini verməklə yanaşı, qadının özünəinam hissi artır, ailədən iqtisadi cəhətdən asılı olmur, eyni zamanda, özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar.

Komitə rəhbəri qeyd edib ki, qadınlar üçün Qadın Resurs Mərkəzləri yaradılıb və burada digər məsələlərlə yanaşı, maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes-planların qurulması, yazılması sahəsində təlimlər keçirilir, ailənin gəlirləri, onların düzgün xərclənməsi və digər məsələlər izah olunur. Burada digər bir məqam da kiçik və orta biznes fəaliyyətinə başlayan qadınlara resurslardan, xüsusilə banklardan biznes kreditlərinin səmərəli şəkildə götürmək qaydaları öyrədilir. Bir məsələni unutmaq olmaz ki, qadınların hüquqlarının müdafiəsinə nail olmaq üçün məişət zorakılığının aradan qaldırılması vacibdir.

 


22 Sent 2023
Cəmiyyət

Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEO

Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında erməni separatçıların tərk etdikləri döyüş mövqeyinin görüntüləri yayılıb.

22 Sent 2023
Cəmiyyət

Azərbaycandan turist axını 23 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşlarımızın ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artaraq 1 209 min nəfər olub.

22 Sent 2023
Cəmiyyət

Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktor minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB

Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktor minaya düşüb, araşdırma aparılır.

22 Sent 2023
Cəmiyyət

Saleh Məmmədov Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Masallı rayonunda vətəndaşları qəbul edib.