2 fevral - Gənclər Günü ilə əlaqədar Azərbaycanda ilk PR online jurnalı olan “Proloq.az” fəaliyyətə başlayıb.
Jurnalın baş redaktoru Arzu Soltan AZƏRTAC-a bildirib ki, “Hədəfiniz varsa, xəbərimiz var” devizi ilə yola çıxan sayt qarşısına müəyyən hədəf qoyub, hər bir quruma, şirkətə, insana bələdçilik etmək niyyətindədir.
“Proloq.az”ın ilk buraxılışında yerli və xarici mütəxəssislərlə bağlı müxtəlif mövzularda müsahibələr, məqalələr və müxtəlif xəbərlərlə tanış olmaq mümkündür. Elektron jurnalın ilk buraxılışında “Hər birimiz doğulandan yaşlanana kimi müştəriyik”, “Seçimlərimizi həzz idarə edir”, “Hamı PR-çıdırmı?”, “Qadın və kişi şüuru fərqli çalışır” və digər başlıqlı yazılar dərc olunub.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.