Azərbaycanda doğulan uşaqların 53,3 faizi oğlanlardır

Azərbaycanda doğulan uşaqların 53,3 faizi oğlanlardır
07 2017 16:51

2016-cı ilin 11 ayının statistikasına görə Azərbaycanda doğulan uşaqların 53,3 faizi oğlanlar, 46,7 faizi isə qızlardır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova AZƏRTAC-a müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır.

Bu gün Azərbaycanda da belə bir tendensiya özünü göstərməkdədir. Azərbaycanda ailələr oğul övladlarına daha çox üstünlük verirlər. Vəziyyətin getdikcə ağırlaşması konkret tədbirlər görülməsi zərurətini ortaya qoyub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də mütəmadi olaraq regionlarda ailə planlaşdırılması və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə tədbirləri həyata keçirir. Bu maarifləndirmə kampaniyalar zamanı əhaliyə cinsi yollarla ötürülən infeksiyalardan, arzuolunmaz hamiləlikdən qorunma yolları, abortun mənfi nəticələri haqqında ətraflı məlumat verilir. Qadınlar özlərini müxtəlif infeksiyalardan qorumalı, abortlara, xüsusilə də selektiv abortlara üz tutmamalıdırlar. Artıq oğlan uşaqlarının qızlara nisbəti 54-46 faizdir. Bu, arzuolunan hal deyil. Məlumdur ki, uşağın cinsi 12 həftənin tamamından sonra bilinir. Onun cinsinə görə məhv edilməsinə isə bundan sonra qərar verilir. Artıq dölün yox, cinsiyyəti məlum olan bir uşağın abortla götürülməsi qadın üçün müxtəlif zərərlərlə nəticələnə bilər. Selektiv abortların ana üçün ilkin mənfi təsiri psixoloji stressdir. Cinsiyyətə görə aparılan abortları ailədə daha çox kişilər tələb edir. Düzdür, bəzən qadınların özlərinin də bu cür istəyi olur. Amma bu, əsasən kişilərin təsiri ilə olur.

 


2 Dek 2024
Cəmiyyət

Məcnun Məmmədov Xaçmazda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz şəhərində Xaçmaz, Ağdaş, Beyləqan, Füzuli, Quba, Sabirabad, Şəki, Tovuz və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib.

2 Dek 2024
Cəmiyyət

İçərişəhərdə yerləşən bu mənzillər təmir olunacaq

İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.

2 Dek 2024
Cəmiyyət

Bakıda "Kənddən şəhərə" Yeni il yarmarkası keçiriləcək

Dekabrın 21-30-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə Bakıda "Kənddən Şəhərə" Yeni il yarmarkası keçiriləcək.

2 Dek 2024
Cəmiyyət

Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib

Bakı metropolitenində stansiya və tunellərin güclü ventilyatorlarının qış iş rejimi tələblərinə uyğun tənzimlənməsinə başlanılıb.

2 Dek 2024
Cəmiyyət

Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib.