Tarif (qiymət) Şurası bir neçə adda dərman vasitələrinin qiymət siyahısını yeniləyib və apteklərdə həmin dərmanların qiymətində müəyyən artım müşahidə olunur.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, Tarif (qiymət) Şurasının bu qərarı dolların məzənnəsindəki dəyişikliklə əlaqədardır.
Millət vəkili Trend-ə bildirib ki, bu məsələnin həllini tapmaq lazımdır ki, daha çox tələbat olan dərmanların qiymətini sabit saxlamaq mümkün olsun.
Deputat bildirib:
“Təklif edirəm ki, 500 adda daha çox tələbat olan dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın. Yəni, 500 adda dərmanın qiyməti tənzimlənsin və sahibkar 500 dərmanın deyil, digər dərman vasitələrinin satışından gəlir əldə etsin".
Sabahdan Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətvası var. Orada bu məsələlər qeyd edilib. Bütün insanlar pandemiya şəraitinin tələblərinə əməl etməlidirlər. Dindar insanlar cəmiyyətimizin ən həssas və duyarlı bir təbəqəsidir. Əminəm ki, dindarlarımız ölkəmizdə pandemiya qaydalarının tələblərinə əməl edəcəklər”.
“Mənim ailəm çörək tapmır. Həyat yoldaşım qabyuyan işləyirdi, o da işdən çıxıb. Köməyə ehtiyacım var”, - kimi sözlər işlətməmişəm”.