2019-cu ildə Azərbaycanda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək.
REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, beynəlxalq olimpiada ADA Universitetinin bazasında reallaşacaq.
Nazir qeyd edib ki, bu yaxınlarda Beynəlxalq İnformatika Olimpiadasının rəhbərliyi ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub: “Azərbaycan məktəblərində müasir proqramlaşdırmaya dair informatika məzmununun yaradılmasına və yeni məzmunun tədrisi, müəllimlərin hazırlanması üçün proqramın hazırlanması razılaşdırılıb. Əminik ki, Beynəlxalq İnformatika Olimpiadasından bizə qalan mirası təhsilin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi olacaq. Bu gün təhsilin qarşısında duran əsas vəzifələrdən biri də informatika kursunun məzmunun müasirləşdirilməsidir. Bu, çox böyük və vacib mövzudur”.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2020-2025-ci illər ərzində aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsində lokal sahələri əhatə etməklə 50-dən artıq inşaat materialları yataqları aşkarlanıb və istifadəyə verilib.
Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.
Ölkə ərazisində dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.