Azərbaycanda aylıq inflyasiya nə qədər oldu?

Azərbaycanda aylıq inflyasiya nə qədər oldu?
14 Dek 2016 11:13

Noyabr ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz artıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Noyabrda oktyabra nisbətən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz artıb.

2016-cı ilin 11 ayı ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz artıb.

Ay ərzində Azərbaycanda düyü, un, makaron məmulatları, peçenye və paxlava, qarabaşaq, mal, qoyun və toyuq əti, süd məhsulları, balıq məhsulları, kolbasa məmulatları, yumurta, pendir, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, armud, spirtli içkilər, nar, pomidor və xiyarın qiymətlərində artım müşahidə olunub.

Bundan başqa banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti, kök və soğanın qiymətlərində azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabr ayında qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, kompüterlər, dəftərxana ləvazimatları, kitablar, eləcə də avtomobillər üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabr ayı ərzində ev kirayəsi, məişət cihazlarının və avtomobillərin təmiri, dəniz, hava və dəmir yolu ilə beynəlxalq sərnişindaşımaların dəyərində artım baş verib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.