Azərbaycanda Yeni il qeyd edilir

Azərbaycanda Yeni il qeyd edilir
01 2017 14:16

Azərbaycanda Yeni il qeyd edilir.

Yanvar ayı (latınca "Yanvarus") qədim Roma ilahəsi Yanusun şərəfinə adlandırılıb. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilib.

Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilib. Bu fərmana uyğun olaraq, yanvarın 1-i İsa Məsihin doğum günü - ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlandı.

Keçmiş Sovet İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il hər ayın 13-dən başlayırdısa, bu fərq aradan götürüldü və Yeni il 1 yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlayır. 1 Yanvar həm də istirahət günü sayılır.

Azərbaycan müstəqil respublika olduqdan sonra da ölkəmizdə həmin təqvim əsas götürülüb və 1 yanvar istirahət günü kimi qeyd olunur.

2006-cı ildən isə 1-2 yanvar tarixləri bayram günləri sayılır və istirahət günü kimi qeyd edilir.


25 Sent 2023
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

25 Sent 2023
Cəmiyyət

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

25 Sent 2023
Cəmiyyət

Daha iki gün geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.