Azərbaycanda İİÇV müayinə üzrə 50 stasionar və könüllü məsləhətxana şəbəkəsi fəaliyyət göstərir

Azərbaycanda İİÇV müayinə üzrə 50 stasionar və könüllü məsləhətxana şəbəkəsi fəaliyyət göstərir
08 2017 10:03

Vətəndaşların İnsanda İmmun Çatışmazlığı Virusu (İİÇV) müayinəsindən keçməsini təmin etmək məqsədilə ölkəmizdə İİÇV müayinə üzrə 50 stasionar və könüllü məsləhətxana şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİÇV-in yayılmasının qarşısını almaq məqsədilə qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla iş davam etdirilir. Bu barədə AZƏRTAC-a Respublika Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı Mübarizə Mərkəzində məlumat verilib.

Məlumatda bildirilir ki, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də əhali arasında maarifçilik tədbirləri davam etdirilib. Məsələn, ölkəmizdə İİÇV/QİÇS ilə mübarizə tədbirlərini gücləndirmək, yoluxma hallarının erkən mərhələdə aşkar edilməsi, profilaktik tədbirlərin genişləndirilməsi, habelə əhalinin bu sahədə məlumatının artırılması məqsədilə keçən il avqust ayında “Milli İİÇV test həftəsi”, noyabr ayında isə “Avropa İİÇV test həftəsi” keçirilib. Bundan əlavə, vətəndaşların İİÇV/QİÇS barədə məlumat səviyyəsinin artırılmasına yönəlmiş bukletlər və kitabçalar nəşr edilib.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.