Azərbaycanda 19-40 yaşlı qadınlar bu xəbəri oxusun! - Hərbi xidmətə çağırılacaqar

Azərbaycanda 19-40 yaşlı qadınlar bu xəbəri oxusun! - Hərbi xidmətə çağırılacaqar
14 2017 16:12

Dünya ordularında qadınların böyük qismi arxa cəbhə təminatı və qərargah işlərində çalışır.
REALPRESS.com Metbuat.az-a istinadən xəbər verir ki, İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya və Böyük Britaniya ordusunda qadınlar bilavasitə döyüş tapşırıqlarında iştirak edirlər. İsraildə isə qadınlar məcburi olaraq 20 yaşda 2 il hərbi xidmət keçməlidir. Bu yaxınlarda ABŞ və Avstraliyada da qadın hərbçilərin ön cəbhədə xidmətinə icazə verən qanun qəbul edilib.

Ölkəmizdə də qadınların hərbi xidmətə qəbul edilmələri gözlənilir. Bu, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən tənzimlənəcək. Qanun və Siyahıya əsasən, hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət daha çox, 3 il nəzərdə tutulub.
Hərbi jurnalist, ehtiyatda olan mayor Rahib Qərib xəbərin gözlənilən olduğunu və tezliklə reallaşacağına ümid etdiyini bildirib. O, Qarabağ müharibəsi zamanı kişilərlə çiyin-çiyinə vuruşan Azərbaycan qadınlarının yeniyetmə və gənc nəslə əsl mübarizlik nümunəsi olduğunu deyib.
Jurnalist qadınların xidmətə kor-koranə şəkildə deyil, xüsusi hazırlıqlar yolu ilə cəlb edilməsini məqsədəuyğun hesab edir. Onların xidmətdən öncə rabitəçi və snayper kurslarına cəlb edilməsi gələcəkdə böyük nailiyyətlərə səbəb olacaq.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 

9 Dek 2023
Cəmiyyət

Müdafiə Nazirliyi: "Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək"

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

9 Dek 2023
Cəmiyyət

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb oldu

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

9 Dek 2023
Cəmiyyət

Zakir Həsənovdan mühüm tapşırıq

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

9 Dek 2023
Cəmiyyət

İstirahət gününün HAVA PROQNOZU - Evdən çıxarkən çətirləri unutmayın

Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

9 Dek 2023
Cəmiyyət

Şəhid qızı Şuşada məktəbə direktor təyin edildi

Qəbələ rayonu ərazisində fəaliyyət göstərən 24 nömrəli Şuşa məktəbinə rəhbərlik edən Səbinə Mikayıl qızı Gözəlova işğaldan azad olunmuş şəhərdə birinci tikilib istifadəyə verilən və bu il açılışı olan Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub.