Azərbaycana “ərəblərin axını” başlayacaq

Azərbaycana “ərəblərin axını” başlayacaq
31 2017 10:34

Azərbaycanda ilk dəfə olaraq, bu il aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək Birinci Şopinq Festivalının, eləcə də ondan sonra keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" yarışının baş tutacağı tarixlər üçün hotellərdə yerlərin bronlaşdırılmasına hələ martdan başlanılıb.

Metbuat.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağakərimovun sözlərinə görə, şopinq festivalına ərəb ölkələri ilə yanaşı, İrandan, Rusiyadan və Avropa ölkələrindən də turistlərin gələcəyi gözlənilir. Artıq paytaxtdakı hotellərin, xüsusilə brend hotellərin yerlərinin çoxu bron edilib.

M.Ağakərimov əlavə edib ki, ümumilikdə aprel-may ayları üçün Azərbaycanın hotellərindəki yerlər daha çox ərəb turistlər tərəfindən bron edilib.

AzTA rəsmisi əlavə edib ki, şopinq festivalı yalnız alış-veriş etmək baxımından əhəmiyyətli deyil: "Bu festival ölkəyə turist cəlb etmək baxımından əhəmiyyətlidir. Ona görə də turizm şirkətləri və hotellər həm şopinq festivalına, həm də ondan sonra keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışına ciddi hazırlaşmalı və turistlər üçün əlavə proqramlar hazırlamalıdırlar".

Azərbaycana gələn əcnəbi turistlərin maraq dairəsinin ölkələr üzrə fərqli olduğunu deyən M.Ağakərimov bildirib ki, əlavə proqramlar da turistlərin maraq dairəsi nəzərə alınmaqla tərtib edilməlidir: "İrandan gələn turistlər daha çox Azərbaycanın mətbəxi, suvenirlərlə maraqlanırlar. Yaponiyadan gələn turistləri isə daha çox Azərbaycanın tarixi, onun qədim abidələri maraqlandırır. Buna görə də turizm şirkətləri onları maraqlandıran istiqamətlər üzrə proqramlar tərtib edə bilərlər. Məsələn, Avropadan gələnlər üçün şərab dequstasiyası, islam ölkələrindən gələnlər üçün Azərbaycana məxsus şirniyyyatlardan istifadə etməklə çay dequstasiyası təşkil edilə bilər. Avropadan gələnlər həmçinin, Azərbaycanın məscidləri ilə də maraqlanırlar. Belə turistlər üçün Azərbaycanın tolerant ölkə olduğunu göstərən proqramlar təşkil edilə, onların məscidlərə, kilsələrə, sinaqoqlara səfərləri təşkil edilə bilər".

M.Ağakərimov qeyd edib ki, bu tədbirlərdən sonra Azərbaycana gələn turistlərin sayının artacağı gözlənilir. Onun sözlərinə görə, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycana Malayziya, İndoneziya kimi ölkələrdən də turistlərin gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, bu il aprelin 10-dan mayın 10-dək Bakıda Birinci Şopinq Festivalı, mayın 12-22-də İslam Həmrəyliyi Oyunları, iyunun 23-25-də Formula 1 yarışı keçiriləcək.


17 İyul 2025
Cəmiyyət

Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiya 449 milyon 595,51 min ABŞ dolları dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Rumıniya 378 milyon 39,37 min ABŞ dolları dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min ABŞ dolları məbləğində 576 min 34,89 ton neft tədarük edilib.

17 İyul 2025
Cəmiyyət

Bakıda ötən ay 435 mindən çox insan mikromobillik vasitələrindən istifadə edib

Bu ilin iyun ayında Bakıda 435 270 nəfər mikromobillik vasitələrini seçib.

17 İyul 2025
Cəmiyyət

Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb.  

17 İyul 2025
Cəmiyyət

Sabah çimərliklərdə suyun temperaturu neçə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.