Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO
20 2019 12:21


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin niyyətinə uyğun olaraq qoşunlar silah və texnikanın tətbiqi ilə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmənin əsas qüvvələrinin darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin ələ keçirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarını məşq ediblər.

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili üzrə tapşırıqlar icra edilib.

Təlimdə qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib.

Bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetirərkən əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların icrasına yönəldilib.


27 Mar 2020
Hərbi

DSX: Düşmən təxribatının qarşısı alındı

27 mart tarixində saat 12:00 radələrindən başlamaqla, Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem-beryan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

27 Mar 2020
Hərbi

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

26 Mar 2020
Hərbi

Atəşkəs 23 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

23 Mar 2020
Hərbi

Hərbi qulluqçuların ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulub? - RƏSMİ

aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

17 Mar 2020
Hərbi

Azərbaycanlı generallar cəbhə xəttində /VİDEO

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.