Azərbaycan Avropa Oyunlarını 28 medalla tamamladı - YENİLƏNİB

Azərbaycan Avropa Oyunlarını 28 medalla tamamladı - YENİLƏNİB
30 2019 22:35


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

realpress.az məlumatına görə, sonuncu medallar karateçilərin mübarizəsində sahibini tapıb.

75 kq çəki dərəcəsində final döyüşü ilə Avropa Oyunlarına da yekun vurulub. Həlledici qarşılaşmada Azərbaycan millisinin üzvü Rafael Ağayev tatami üzərinə çıxıb. O, ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib. 

Beşqat dünya, 11 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi olan idmançımız 0:4 hesabı ilə məğlub olub. Bununla da karateçimiz yarışları gümüş mükafatla başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 28-ci medalını əldə edib. İdmançılarımızın hesabında beş qızıl, 10 gümüş, 13 bürünc mükafat var.

18:49

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karateçimiz Firdovsi Fərzəliyev gümüş medalla kifayətlənib.

realpress.az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində qızıl medal uğrunda keçirilən görüşdə Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. 

Qarşılaşmadan məğlub ayrılan idmançımız gümüş medalla kifayətlənib.

Bu, Azərbaycan karateçilərinin Minskdə dördüncü medalı olub. Daha bir karateçimiz Rafael Ağayev (-75 kq) isə az sonra final görüşünə çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında beş qızıl, doqquz gümüş, 13 bürünc mükafat var.

17:53

Azərbaycan yığmasının iki karateçisi - Rafael Ağayev və Firdovsi Fərzəliyev bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının son günündə final görüşünə çıxacaq.

realpress.az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançımız estoniyalı Pavel Artamonovla üz-üzə gəlib. 

Qələbə qazanan R.Ağayev finala vəsiqə əldə edib. Bununla da idmançımız ən azı gümüş medalı rəsmiləşdirib.

O, həlledici görüşdə ukraynalı Stanislav Qoruna ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 18:48-də başlayacaq.

Azərbaycan yığmasının yarımfinalda qüvvəsini sınayan digər karateçisi Firdovsi Fərzəliyev (-60 kq) də finala yüksəlib.

Xatırladaq ki, bir gün öncə Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretskaya (-68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib.

Səbuhi Musayev

13 Dek 2019
İdman

AFFA Milli komandamızın baş məşqçisini istefaya göndərdi

AFFA milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırmaq qərarı verib.

13 Dek 2019
İdman

"Birdən-birə böyük dəyişiklik etmək risk olar" - Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Bakıda Lüksemburqun "Düdelanj" klubu ilə heç-heçə edən (1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

13 Dek 2019
İdman

Həbib Ronaldoya idmandan vaxtında getməyi məsləhət gördü

Həbib Ronaldoya idmandan vaxtında getməyi məsləhət gördü

12 Dek 2019
İdman

Millimizin sabiq futbolçusu həbs edildi

2007/2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib.