Azərbaycan 2 milyardlıq kreditdən imtina edib - SƏBƏB

Azərbaycan 2 milyardlıq kreditdən imtina edib - SƏBƏB
01 2019 11:46

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Nazir bildirib ki, orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi strategiyasına tam əməl olunmaqdadır:

"Borcun səviyyəsini endirməyə nail olmuşuq və biz bu səviyyənin saxlanılmasını təmin edirik. Onu da qeyd etmək istərdim ki, eyni zamanda, dövlət tərəfindən bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir.

Sevindirici haldır ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmamışdır, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı.

İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi - MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanmışdır - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur.

Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir".


19 Sent 2019
İqtisadiyyat

Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir.

17 Sent 2019
İqtisadiyyat

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.

17 Sent 2019
İqtisadiyyat

Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"

"Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır".